Böyük Şəkil

GÖZ ƏTRAFI QULLUQ LOSYONU 50 ML (YENİ QABLAŞDIRILMADA)

  • Məhsulun kodu : 441
  • Paylaş :

Xüsusiyyətləri: 

Göz ətrafı üzümüzün ən həssas bölgəsidir və xüsusi qulluq tələb edir. Ersağ Göz Ətrafı Qulluq Losyonu tərkibindəki düyü kəpəyi və makadamiya yağı sayəsində həssas göz bölgəsini intensiv şəkildə nəmləndirir və onlara qulluq edir, beləliklə göz ətrafına daha gənc və möhkəm görünüş verir. Tərkibindəki Hamamelis ekstraktı sayəsində göz ətrafındakı dairələrin və şişkinliyin görünüşünü azaltmağa kömək edir. Göz ətrafının elastikliyini artırır, daha möhkəm və gənc görünüş təmin edir. Tərkibindəki sıx Yaşıl Çay ekstraktı, E vitamini və Pantenol tərkibi ilə göz ətrafını sərbəst radikallardan qorumağa kömək edir və elastikliyini artırır, daha möhkəm və gənc görünüş qazanmağa kömək edir. 

TƏTBİQ: 

Gündə iki dəfə səhər və axşam göz ətrafını təmizlədikdən sonra Ersağ Göz Ətrafı  Qulluq Losyonunu barmaqlarınızın ucu ilə götürün və sürtmədən yüngül toxunuşlarla göz ətrafına çəkin. Maska effekti üçün Ersağ Göz Ətrafı  Qulluq Losyonunuzu qalın bir təbəqə ilə göz ətrafınıza çəkib 20 dəqiqə gözlədikdən sonra artıqlığı pambıqla çıxara bilərsiniz. Gözlə təmasdan çəkinin