
BİO ƏRP TƏMİZLƏYİCİ 1000 ML
Xüsusiyyətləri: Ersağ Bio ərp təmizləyici, ərplənmiş səthlərin ərpdən təmizlənməsinə kömək edir. Daimi istifadəsi məhsulların ömrünü uzatmağı dəstəkləyir.
Tərkibi: Aqua (su), Citric Acid (limon turşusu), Lactic Acid (laktik turşu), Sodium Citrate (sodyum sitrat).
İstifadə qaydası: İstifadə olunan çaydandan və su isidicilərindən ərpin sıxlığına görə dozası tənzimlənir. 500 ml suya yarım çay stəkanı Bio ərp təmizləyici əlavə edilir. Hazırlanmış məhlul qaynadılır. Qaynama prosesi bitənə qədər davam etdirilir. Əgər ərp çoxdursa, qaynar suya bir ölçü daha Bio ərp təmizləyici əlavə edilə bilər. İstəyə görə proses təkrarlana bilər.
Su kranı və duş kabinələrində istifadə etmək istəyirsinizsə, 500 ml isti suya 1 çay stəkanı Bio ərp təmizləyici əlavə edə bilərsiniz. Hazırlanmış məhlulu sprey vasitəsilə tətbiq edəcəyiniz səthə çiləyə bilərsiniz. İstifadədən sonra bol su ilə yaxalamaq vacibdir.
Xəbərdarlıq: Bio ərp təmizləyici alüminium, mərmər, ağac və ya turşuya dayanıqlı olmayan səthlərdə istifadə edilməməlidir.
Zərərli təsirlər: H314 – Dərinin ciddi yanmasına və göz zədələnməsinə səbəb ola bilər.
Ehtiyat tədbirləri: P260 – Tozunu,dumanını,qazını,sisini,buxarını və spreyini udmayın.
P305+P351+P338 – GÖZƏ DƏYƏRSƏ: Gözləri bir neçə dəqiqə diqqətlə su ilə yuyun. Əgər kontakt linza varsa və çıxarmaq asandırsa, çıxarın. Yumağa davam edin.
P303+P361+P353 – DƏRİ (və ya saç) İLƏ TƏMASDA OLARSA: Bütün çirklənmiş paltarları dərhal çıxarın. Dərini su ilə yuyun və ya duş qəbul edin.
P280 – Qoruyucu əlcək, geyim və göz/üz qoruyucu vasitələrdən istifadə edin.
P310 – Milli Zəhər Məlumat Mərkəzinə (114) və ya həkimə müraciət edin.
P264 – İstifadədən sonra əllərinizi yaxşıca yuyun.
İstehlakçının diqqətinə:
1. İstifadə qaydalarını mütləq oxuyun.
2. Əl, üz, bədən və qida maddələrinin təmizliyində istifadə etməyin.
3. Uşaqlardan uzaq saxlayın.
İstehsal tarixi və partiya nömrəsi qablaşdırmada göstərilib.